Hillari Klinton:«Türkiyəyə tam dəstək verəcəyik»
04 oktyabr 2012 02:37 (UTC +04:00)

Hillari Klinton:«Türkiyəyə tam dəstək verəcəyik»

APA-nın NTV-yə istinadən verdiyi xəbərə görə xanım Klinton Suriyanın Türkiyəni insan tələfatı ilə nəticələnən atəşə məruz qoymasını qəti şəkildə pisləyib və bildirib ki, NATO və BMT-də ABŞ Türkiyəyə tam dəstək verəcək.
Telekanalın məlumatına görə, son hadisələrlə bağlı Türkiyə XİN-i Azərbaycan, Pakistan və Almaniya XİN-lərini məlumatlandırıb.

Xatırladaq ki, Türkiyə artilleriyası Suriyada bir neçə nöqtəyə zərbə endirib. Bu zərbə Suriya hökumətinə aid olan silahlı qüvvələrin oktyabrın 3-də Türkiyənin Şanlıurfa rayonunun Ağçaqala qəsəbəsində 5 Türk vətəndaşının ölümü, 9 nəfərin yaralanması ilə nəticələnən silahlı zərbələrinə cavab olaraq endirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1498

Oxşar yazılar