NATO və ABŞ-dan Türkiyəyə dəstək
04 oktyabr 2012 02:06 (UTC +04:00)

NATO və ABŞ-dan Türkiyəyə dəstək

Oktyabrın 3-də Suriya hökumətinə aid olan silahlı qüvvələrin Türkiyənin Şanlıurfa rayonunun Ağçaqala qəsəbəsində 5 Türkiyə vətəndaşının ölümü, 9 nəfərin yaralanması ilə nəticələnən silahlı zərbələrinə cavab verildikdən sonra bu addımı NATO- və Pentaqon da dəyərləndirib
Türikiyənin xarici işlər naziri Əhməd Davudoğlunun NATO-nun baş katibi Anders Foq Rasmussenlə telefon danışığı olub.
İlkin məlumatlar görə, qurumun sabaha planlaşdırılan toplantısı bu gecə keçirilib. Mənbənin məlumatına əsasən, NATO-nun qərargahında davam edən toplantıdan 5-ci maddənin icrası ilə bağlı açıq və qəti qərar qəbul edəcəyi gözlənilmir.
LLent.az-ın məlumtına görə,yığınsaqda NATO nizamnaməsinin 5-ci maddəsinin tətbiq ediləcəyinin tez olduğu bildirilib. Həmin maddəyə əsasən, quruma üzv dövlət hərbi müdaxiləyə uğradığı zaman bütün üzv dövlətlər birlikdə həmin təcavüzkara cavab verməlidir.
Hələlik bu maddənin tətbiqinin tez olduğu bildirilib. Ancaq sərhəddə təhlükəsizliyin gücləndirilməsi üçün tədbirlərin görürləcəyi gözlənilir.
Toplantı davam edərkən, verilən açıqlamada isə bildirildi:«Suriya saldırya son verməlidir. Müttəfiqimiz Türkiyəyə hər tərəfli dəstək verməyə hazırıq»
Toplantıda Türkiyənin NATO-dakı daimi təmsilçisi Heydər Berk Türkiyə-Suriya sərhədindəki son hadisələrlə bağlı üzv dövlətlərin təmsilçilərinə məlumat verib. Bundan sonra atılacaq addımlarla bağlı fikir mübadliləsinin keçiriləcəyi gözlənilir.

Əhməd Davudoğlu ABŞ-ın dövlət katibi Hillari Klintonla da telefonla danışıb. O, türk diplomata bildirib ki, BMT və NATO-da Türkiyəyə tam dəstək verəcəklər.

Suriyanın informasiya nazirliyi Ağcaqalada həlak olanlarla bağlı baş sağlığı verib. Qurum onu da bildirib ki,Türkiyənin həmin ərazisindən ölkəsinə «terrorçular sızır».
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2252

Oxşar yazılar