“Nokia" mənzil-qərargahını satacaq
03 oktyabr 2012 19:15 (UTC +04:00)

“Nokia" mənzil-qərargahını satacaq

“Nokia” şirkəti xərclərin azaldılması proqramı çərçivəsində Finlandiyanın Baltik dənizi sahilində yerləşən Espoo şəhərindəki mənzil-qərargahını satmaq niyyətindədir.

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, mobil telefon istehsalçısı şüşə və poladdan hazırlanan binanın satışından 200-300 milyon avro qazana bilər.

Daşınmaz əmlak üçün alıcının yaxın vaxtlarda tapılması planlaşdırılır. “Nokia” baş ofisini Finlandiyadan kənara köçürmək və yeni bina icarələmək fikrində deyil. Çünki mənzil-qərargah satıldıqdan sonra şirkətin onu yeni sahibindən icarəyə götürəcəyi istisna edilmir. Şirkət hələ iyul ayında qeyri-profilli daşınmaz obyektlərin satışa çıxarılmasını özündə birləşdirən xərclərin azaldılması üzrə irimiqyaslı proqram barədə bəyanat verib. 2012-ci ildə dünyanın iri mobil telefon istehsalçısı adından məhrum olan “Finlandiya” istehsalçısı smartfonlarına tələbatın aşağı olmasına görə böhran dövrü yaşayır. Şirkət iyulun sonunda sentyabr ayından telefon istehsalı üzrə Finlandiyadakı yeganə zavodunu bağlayacağını açıqlayıb, bundan əvvəl isə Almaniya və Kanadada yerləşən tədqiqat mərkəzlərinin işini dayandırıb. Bundan başqa, şirkət əməkdaşların sayını xeyli azaltmağı nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 650

Oxşar yazılar