Kürdlər Suriyada dövlət qurmağa hazırlaşır
03 oktyabr 2012 18:00 (UTC +04:00)

Kürdlər Suriyada dövlət qurmağa hazırlaşır

Lent.az-ın “Washington Post” qəzetinə istinadən verdiyi məlumata görə, Suriyanın şimalında yaşayan kürdlər de-fakto muxtariyyətə qovuşublar. “Washington Post”da işıq üzü görən “Suriyalı kürdlər Əsəddən sonraya hazırlaşır” başlıqlı yazıda qeyd edilir ki, kürd azlıq bu günə qədər BƏƏS rejiminə qarşı yeganə təşkilatlanmış müxalif qrupdur. Qəzetin müxbiri Loveday Morris neft yataqlarının olduğu bölgədə yerləşən Girkilij qəsəbəsində dövlət binalarının üzərinə kürd dilində yazılmış lövhələr. Digər diqqət çəkən məqam odur ki, Suriyada kürdlərin muxtariyyət yaratmaq yönündə bu səylərindən suriyalı rəsmlər xəbərdardırlar. Kürdlərin Reyzan Türkmani adlı bir komandiri “Vaşinqton Post”-un müxbirinə Suriya dövlət bayrağı dalğalanan bir binanı göstərərək deyib ki, ora polis şöbəsidir, Bəşər Əsədin polisləri iş-gücsüz olduqları üçün bütün gün kart oynayırlar.


Kürdlər yaşayan binada açılan yeni Şuranın binasının divarlarına isə PKK terror təşkilatının lideri Abdulla Öcalanın şəkilləri vurulub. Daham Ali adlı kürd deyib ki, Abdulla Öcalan bütün kürdlər üçün bir qəhrəmandır. Qəzet bölgədə PKK-nın Suriya qolu sayılan PYD-nin təsirinin artdığını vurğulayıb. PYD-nin kürd gənclər çün keçirdiyi bir toplantıda Abdulla Öcalan vəkilləri vasitəsi ilə göndərdiyi mesaj böyük alqışlarla qarşılanıb. Abdulla Öcalan mesajında bildirib ki, Bəşər Əsədlə də, suriyalı müxaliflərlə də ittifaq qurmayın, Suriyada üçüncü qüvvə olmalısınız. Abdulla Ocalan Suriyada kürd bölgəsini qorumaq üçün 15 minlik hərbi qüvvənin hazırlanmasını zəruri sayıb, əks halda kürdlərin yox ediləcəyini qeyd edib.

Qəzet yazır ki, bütün bunlara baxmayaraq, bölgədəki bütün kürdlər PYD-yə müsbət yanaşmır. Müxalif partiyalar PYD-yi Bəşər Əsədlə əməkdaşlıqda günahlandırır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1910

Oxşar yazılar