NATO baş katibinin səlahiyyət müddəti 1 il uzadıldı
03 oktyabr 2012 17:52 (UTC +04:00)

NATO baş katibinin səlahiyyət müddəti 1 il uzadıldı

Lent.az-ın “İntefaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu gün NATO-da aparılan məsləhətləşmələr nəticəsində Anders Foq Rasmussenin səlahiyyət müddəti 31 mart 2014-cü ilə qədər uzadılıb.

Qeyd edək ki, bundan əvvəl “La Repubblica” qəzeti İtaliya xarici işlər naziri Franko Frattininin NATO baş katibi postu uğrunda mübarizə aparmağa hazırlaşdığını yazmışdı. Bu məsələyə şərh verməkdən imtina edən Anders Foq Rasmussen isə demişdi ki, NATO baş katibinin səlahiyyət müddəti 4 ildir, bu müddət 1 il də uzadıla bilər. O, bu məsələ barədə NATO-ya üzv dövlətlərin qərar verəcəyini bəyan etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 557

Oxşar yazılar