Qırğızıstan yenə qarışdı
03 oktyabr 2012 16:09 (UTC +04:00)

Qırğızıstan yenə qarışdı

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, minə yaxın insan polis koridorunu yararaq Prezident Administrasiyası və parlamentin yerləşdiyi Hökumət Evinə daxil olmağa cəhd göstərib.

Aksiya iştirakçıları qızılçıxarma ilə məşğul olan “Kumtor” Qırğızıstan-Kanada birgə şirkətinin özəlləşdirilməsini tələb ediblər. Kütləni dağıtmaq üçün səs bombasından və gözyaşardıcı qazdan istifadə olunub. Aksiya iştirakçıları və polislər arasında cəsarət alanlar var. Güllə yarası almış 3 nəfər, o cümlədən iki milis əməkdaşı xəstəxanaya yerləşdirilib. Qırğızıstan Daxili İşlər Nazirliyi hazırda paytaxtda vəziyyətin stabilləşdiyini və tam nəzarət altına alındığını bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 994

Oxşar yazılar