Türkiyədə 4 terrorçu öldürüldü
03 oktyabr 2012 14:27 (UTC +04:00)

Türkiyədə 4 terrorçu öldürüldü

Türkiyədə PKK terror təşkilatına qarşı aparılan əməliyyatlar davam edir. Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, iki gündür ki, Elazığın Arıcık rayonu ilə Üçocak bölgəsi arasında yol kəsən terrorçuların zərərsizləşdirilməsi üçün bölgəyə hərbi vertolyotlarla xüsusi təyinatlılar göndərilib.
Dünən axşam saat 23:45 radələrində terrorçular aşkarlanıb və döyüş başlayıb. Döyüşdə 2-si qadın olmaqla, 4 terrorçu öldürülüb. Terrorçulara qarşı əməliyyat Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Necdət Özəl və Quru Qoşunları komandanı Hayri Kıvrıkoğlunun Elazığa səfərləri ərəfəsinə təsadüf edib. Bu gün Necdət Özəl və Hayri Kıvrıkoğlu Elazığa gəlib, III Ordu Komandanlığına bağlı hərbi birliklərə baş çəkiblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 680

Oxşar yazılar