Yuşşenkonun qaynanası öldü
03 oktyabr 2012 11:26 (UTC +04:00)

Yuşşenkonun qaynanası öldü

0
Lent.az-ın “korrespondent.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə Viktor Yuşşenkonun həyat yoldaşı Yekaterina Yuşşenko “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Sofiya Çumaçenko uzun sürən xəstəlikdən sonra vəfat edib. 1926-cı ildə Kiyev yaxınlığındakı Litki kəndində anadan olan Sofiya Çumaçenko ailədə üçüncü qız olub. O, 1933-cü ildə aclıqdan ölmək təhlükəsi ilə üzləşib, 15 yaşında isə İkinci Dünya Müharibəsi başlayıb. Sofiya Çumaçenko rəfiqəsi Marsuey ilə Almaniyaya məcburi işləməyə aparılıb, Bavariyada fermada çalışıb. Elə orada da Şərqi Ukraynadan olan gələcək həyat yoldaşı ilə qarşılaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1061

Oxşar yazılar