“Facebook”un sahibinin bir dəst kostyumu varmış - FOTO
03 oktyabr 2012 10:38 (UTC +04:00)

“Facebook”un sahibinin bir dəst kostyumu varmış - FOTO

“Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukeberqin yalnız bir dəst kostyumu olduğu üzə çıxıb.

Lent.az-ın “Daily Mail” qəzetinə istinadən verdiyi məlumata görə, 9,4 milyard dollar sərvəti olan 28 yaşlı Mark Zukeberq yüksək səviyyəli bütün toplantılara bu kostyumu geyinir.

O, ötən gün Rusiya prezidenti Dmitri Medvedevlə görüşə də həmin paltarda gedib. Mark Zukeberq bu ilin mart ayında Yaponiya baş naziri Yoşihiko Noda və keçən il ABŞ prezidenti Barak Obama ilə görüşdə də eyni kostyumu geyinib.

Maraqlıdır ki, 28 yaşlı milyarder işə cins şalvar, mayka və çəkələklə gedir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2335

Oxşar yazılar