Əhmədinejad: “ABŞ-la mövcud vəziyyət bu şəkildə davam edə bilməz”
03 oktyabr 2012 10:36 (UTC +04:00)

Əhmədinejad: “ABŞ-la mövcud vəziyyət bu şəkildə davam edə bilməz”

“ABŞ-İran əlaqələrindəki mövcud vəziyyət bu şəkildə davam edə bilməz”. Lent.az-ın “Habertürk”-ə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında İran prezidenti Mahmud Əhmədinejad bildirib.

İran prezidenti qeyd edib ki, bu vəziyyətdən ən çox ABŞ zərər çəkir: “ABŞ İrana qarşı tutduğu mövqeyi dəyişdirmək məcburiyyətindədir”.

“Mövcud vəziyyət ABŞ-la birbaşa müzakirə edilə bilərmi”’ sualına “’Ola bilər, ancaq şərtləri hazır olmalıdır” - deyə, Əhmədinejad cavab verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 803

Oxşar yazılar