Pakistan Azərbaycandan snayper tüfəngi almaq istəyir
02 oktyabr 2012 19:44 (UTC +04:00)

Pakistan Azərbaycandan snayper tüfəngi almaq istəyir

Pakistan və Azərbaycan yaxın dönəmdə müdafiə sənayesində bir sıra birgə layihələr həyata keçirməyə hazırlaşırlar. Lent.az-ın Pakistan mediasına istinadən verdiyi məlumata görə, artıq bunların bəziləri ilə bağlı tərəflər arasında ilkin anlaşmalar əldə olunub. Hazırda birgə layihələrin reallaşdırılması, istehsal prosesinə başlanılması istiqamətində tərəflər arasında müzakirələr davam etdirilir.

Bu layihələr arasında Azərbaycana Pakistan-Çin Xalq Respublikasının birgə istehsalı olan JF-17 Thunder təyyarələrinin satışı və bu təyyarələrə texniki xidmətlərin Azərbaycanda göstərilməsi, bəzi detalların Bakıda istehsalı, müasir aviasiya raketlərinin Azərbaycandakı müəssisələrin birində istehsalı, xüsusi geyim dəstinin hazırlanması və s. var.

Tərəflər həmçinin Pakistana məxsus “Əl-Khalid” tanklarının birgə istehsalına da maraqlı olduqlarını bəyan ediblər. İslamabad isə Azərbaycan mühəndisləri tərəfindən yaradılmış 14.5 və 12.7 mm-lik anti-material snayper tüfənglərinin alınmasına, Pakistan müəssisələrində bu silahın təkmilləşdirilərək istehsal edilməsinə maraqlı olduğunu açıqlayıb.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1890

Oxşar yazılar