Özalın cəsədi ekspertizaya göndərildi
02 oktyabr 2012 18:18 (UTC +04:00)

Özalın cəsədi ekspertizaya göndərildi

Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu dəqiqələrdə Turqut Özalın cəsədi Türkiyə bayrağına sarınmış tabuta qoyulub və Məhkəmə Tibbi Ekspertiza İdarəsinə aparılır.

Qeyd edək ki, bu gün səhər saatlarında polislərin müşayiəti və xüsusi texnikanın iştirakı ilə Turqut Özalın məzarında qazıntı işləri başlayıb və Turqut Özalın məzarı açılıb. İstanbul Cümhuriyyət Baş Prokuroru Turan Çolakkadı Turqut Özalın cəsədinin artıq aşkarlandığını və cəsədin araşdırmaya uyğun olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1033

Oxşar yazılar