Gürcüstanda səslərin 30 faizi sayılıb
02 oktyabr 2012 18:02 (UTC +04:00)

Gürcüstanda səslərin 30 faizi sayılıb

Gürcüstan Mərkəzi Seçki Komissiyası bülletenlərin 30 faizinin emal olunduğunu açıqlayıb.

Lent.az-ın Tiflisdəki müxbirinin verdiyi məlumata görə, parlament seçkilərində milyarder Bidzina İvanişvilinin rəhbəri olduğu “Gürcü Arzusu” koalisiyası səslərin 54,6 faizini, Gürcüstan prezidenti Mixail Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat səslərin 41,4 faizinin səsini yığıb.

Mərkəzi Seçki Komissiyasının iclası maraqlı məqamla da yadda qalıb. Mərkəzi Seçki Komissiyasında Mixail Saakaşvilinin nümayəndələri Bidzina İvanişvilinin təmsilçilərini qələbə münasibəti ilə təbrik ediblər.

Qeyd edək ki, hələlik proporsional sistem üzrə səslərin sayılması prosesi gedir, majoritar dairələr üzrə səslər hələ sayılmayıb. Vahid Milli Hərəkatın liderlərindən L.Tamkaraşvili deyib ki, majoritar dairələrdən ən azı 50 yerə ümid edirlər. Digər diqqət çəkən məqam isə proporsional sistem üzrə seçkilərdə Mixail Saakaşvilinin lideri olduğu siyasi qüvvənin yalnız Acarıstanda qalib gəlməsidir.

Səbuhi Məmmədli
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 774

Oxşar yazılar