Braziliyada filmə bənzər cinayət
02 oktyabr 2012 10:40 (UTC +04:00)

Braziliyada filmə bənzər cinayət

Braziliyada inanılmaz cinayət törədilib. Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Kariacica şəhərində keçirilən gözəllik müsabiqəsində 21 yaşlı Alini Oliveyra qalib olub, 20 yaşlı Adayane Matias isə ikinci yeri tutub.
Adayane Matias müsabiqənin qalibinin Alini Oliveyra olması ilə barışa bilməyib və sevgilisi Devid Correayanın onu öldürməsini istəyib. “Məni sevdiyini sübut etmək istəyirsənsə, Alini Oliveyranı öldür”,- deyərək israr edən Adayane Matias istəyinə nail olub. Alini Oliveyra sentyabrın 21-də məşhur bir musiqi qrupunun klipinin çəkilişindən əvvəl güllə ilə vurularaq öldürülüb. Devid Correaya artıq cinayəti sevgilisinin istəyi ilə həyata keçirdiyini etiraf edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1240

Oxşar yazılar