Kolumbiya prezidentində prostat xərçəngi aşkarlandı
02 oktyabr 2012 10:34 (UTC +04:00)

Kolumbiya prezidentində prostat xərçəngi aşkarlandı

Lent.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Kolumbiya prezidenti özü açıqlayıb.

Xuan Manuel Santos gələn həftə əməliyyat olunacaq. Prezident bildirib ki, bədxassəli şiş hələ böyük deyil, xərçəng ilkin mərhələdə aşkarlanıb. Həkimlər Xuan Manuel Santosun tam sağalma ehtimalının 97 faiz olduğunu söyləyiblər. Həkimlər əməliyyatdan sonra prezidentin xarici səfərlərə çıxmasını məsləhət görmürlər. Lakin Xuan Manuel Santos Perunun paytaxtı Limada ərəb ölkələri və ABŞ-ın iştirakı ilə keçirilən sammitə qatılmağa hazırlaşdığını bildirib.

Qeyd edək ki Xuan Manuel Santos 1951-ci ildə anadan olub, 2010-cu ildə Kolumbiya prezidenti seçilib. Buna qədər o, ölkənin müdafiə naziri postunu tutub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 972

Oxşar yazılar