Britaniyada gecə nikahına yasaq ləğv edilib
02 oktyabr 2012 07:49 (UTC +04:00)

Britaniyada gecə nikahına yasaq ləğv edilib

Yeni qanun oktyabrın 1-dən qüvvəyə minib. Hökumət gizli evlənmələrin qarşısını almaq məqsədi ilə 1836-cı ildə qəbul edilmiş nikah mərasimlərinin gecə bağlanmasını qadağan edən qanuna yenidən baxıb.

Nə qədər qəribə səslənsə də qanundakı dəyişiklik nəticəsində evlənmək istəyən şəxslərin daha çox seçim azadlığı qazanacaqlarını güman edənlər də var.

Kilsələr və digər dini təşkilatlar nikah bağlanma mərasimini ənənəvi cədvəl üzrə - səhər saat 8-dən axşam 6-ya kimi həyata keçirmək hüququnu özlərində saxlayacaq.
İngiltərənin şimal-qərbindəki Blekpul şəhərində yerləşən və turistlər tərəfindən çox sevilən məşhur Eyfel qülləsinə bənzər “Blekpul qülləsi” artıq günün istənilən saatında sevən cütlüklərin evlənə biləcəyi ilk məkanlardan birinə çevriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1186

Oxşar yazılar