ABŞ hərbi təyyarələri Pakistana hücum etdi
01 oktyabr 2012 19:28 (UTC +04:00)

ABŞ hərbi təyyarələri Pakistana hücum etdi

ABŞ-ın pilotsuz təyyarələri Pakistanın Şimali Vəziristan bölgəsində hücum həyata keçirib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər həlak olub.

Ölkə rəsmilərinin verdiyi açıqlamada qeyd olunur ki, Şimali Vəziristanın Miranşah ərazisində hərbi təyyarələr 3 şübhəli şəxsi vurublar. Öldürülənlərin şəxsiyyəti hələ müəyyən olunmayıb.

Hadisə şahidləri pilotsuz təyyarələrin regionda hələ də uçduğunu qeyd edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 879

Oxşar yazılar