OLAY: Müxalifət lideri səs vermədi
Lent.az-ın Tiflisdə olan müxbirinin verdiyi məlumata görə, Mtasminda rayonundakı 144 saylı seçki məntəqəsinə xanımı ilə birgə gələn İavanişvili məntəqəyə girməyib, xanımının səsverməsini küçədə gözləməli olub.
Onun xanımı Yekaterina Xvedlidze məntəqəyə girərək səs verdikdən sonra cütlük jurnalistlər üçün qısa brifinq keçirib.
İvanişvili bildirib ki, Gürcüstan hakimiyyəti onun vətəndaşlığını ədalətsizcəsinə əlindən alıb. “Mən həm də Fransa vətəndaşıyam. Bu ilin mayında qəbul olunmuş qanuna görə, Gürcüstanda anadan olan və bu ölkə ərazisində ən azı beş il yaşayan, amma hazırda Avropa Birliyinin vətəndaşı statusunu daşıyan hər bir kəs ölkəmizdə keçirilən bütün seçkilərdə iştirak edə bilər. Mənim seçmək və seçilmək hüququm var. Amma mən bu hüququmdan məhz Gürcüstan vətəndaşı olaraq istifadə etmək istəyirəm. Görünür, gələcəkdə ən böyük işimiz mənə qarşı olan bu ədalətsizliklər kimi bütün ədalətsizliklərə qarşı mübarizə olacaq” - deyə İvanişvili bildirib.
Səbuhi Məmmədli,
Tiflis

Oxşar yazılar

İtalyan mafiya başçısı Kolumbiyada yaxalandı
12 iyul 2025 , 22:46
Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04
Dünyada yeni dövlət yaranır
12 iyul 2025 , 16:28
Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39