“Milan”ın keçmiş oyunçusu Tiflisdə səs verdi - HADİSƏ YERİNDƏN
01 oktyabr 2012 13:42 (UTC +04:00)

“Milan”ın keçmiş oyunçusu Tiflisdə səs verdi - HADİSƏ YERİNDƏN

Gürcüstanın bir nömrəli müxalifət partiyası “Gürcü arzusu”nun seçki siyahısında ilk yeri tutan “Milan”ın keçmiş futbolçusu Kaxa Kaladze bu gün keçirilən parlament seçkilərində səs verib. Kaladze səsverməyə heç kimin tanımadığı kiçik qız uşağı ilə gedib.

Lent.az-ın Tiflisə ezam olunmuş müxbiri Səbuhi Məmmədlinin verdiyi məlumata görə, keçmiş futbolçu Sairma dairəsində 64 saylı məntəqədə səs verib.

Səsvermədən sonra jurnalistlərə qısa açıqlama verən Kaxa hamını Gürcüstanın taleyinə biganə qalmamağa, səsvermə məntəqələrinə gəlməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1136

Oxşar yazılar