Əhmədinejad şokda: şəxsi kinooperatoru ABŞ-a qaçdı
01 oktyabr 2012 11:49 (UTC +04:00)

Əhmədinejad şokda: şəxsi kinooperatoru ABŞ-a qaçdı

Lent.az-ın “newsru.co.il”ə istinadən məlumatına görə, İran prezidentinin şəxsi kinooperatoru Həsən Qol Hanban ölkəsinə qayıtmaqdan imtina edib.

Qeyd edək ki, Hanban prezidenti BMT Baş Assambleyasına səfəri zamanı müşayiət edib. O, ölkəsinə qayıtmaqdan imtina edərək, vəkili vasitəsilə ABŞ-dan siyasi sığınacaq istəyib.

Hələlik prezidentin şəxsi kinooperatorunu bu addıma sövq edən səbəblər barədə heç bir məlumat verilmir. Artıq İran prezidentinin keçmiş kinooperatoruna çevrilən Hanbaninin yeri də məlum deyil.

Çox güman ki, ABŞ hökuməti Əhmədinejadın şəxsi həyatı barədə məlumatlı olan Hanbanın siyasi sığınacaq xahişini rədd etməyəcək. Kinooperatorun İran hökumətinin düşmənlərini maraqlandıra biləcək videoyazıları da ABŞ-a apardığı istisna edilmir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1728

Oxşar yazılar