Ərdoğan şeir dedi, salon ağladı-FOTO
30 sentyabr 2012 15:27 (UTC +04:00)

Ərdoğan şeir dedi, salon ağladı-FOTO

Bu gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) qurultayını keçirir.

APA-nın xəbərinə görə, qurultayda çıxış edən Türkiyənin baş naziri, AKP sədri Rəcəb Tayyip Ərdoğan nitqini Səzayi Qaraqoçun (Sezai Karakoç) “Sürgün ölkədən, paytaxtlar paytaxtına” (“Sürgün ülkeden başkentler başkentine”) adlı şeirini oxumaqla başlayıb.
Baş nazirin oxuduğu şeir salondakıların çoxunu ağladıb.

Baş nazir çıxışını daha çox gəncliyə xitab üzərində qurub. O, deyib ki, Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi xaricində daha bir hədəf var: “Hədəf 2071!"
Türkiyənin xarici və daxili siyasəti barədə danışan Ərdoğan müxalifət CHP-nin ünvanına da sərt ittihamlar səsləndirib.

Baş nazir çıxışını kəsərək, Aşıq Veysəlin “Uzun, incə bir yoldayam” şeirini oxuyub, bundan sonra isə Aşıq Veysəlin öz səsindən eyni adlı mahnı səsləndirilib.

Qeyd edək ki, AKP qurultayını "Xəyallarımız var, sevdamız var", "böyük millət, böyük güc", “Bir olduq birlik olduq, birlikdə Türkiyə olduq", "Türkiyənin partiyası, Türkiyənin lideri", "Hər şey Türkiyə üçün, bu işıq sönməyəcək ", "Biz birlikdə Türkiyəyik” şüarları ilə bəzədilmiş salonda keçirir.

Qurultayın təhlükəsizliyinin təmin olunması üçün Ankara polisi gücləndirilmiş iş rejiminə keçib, minlərlə polis əraziyə cəlb olunub. Konqresin keçirildiyi ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Türkiyənin əsas ana müxalifət partiyası olan CHP isə AKP-nin qurultayını boykot edib. Hakim partiyanın dəvətindən sonra CHP sədrinin müavinləri Adnan Kəskin və Gülseren Onançın qurultayda iştirakı barədə qərar verilsə də, sonradan qurultayın boykot olunduğu açıqlanıb. Buna səbəb kimi isə bəzi media qurumlarına AKP-nin qurultayında iştirak etməmək üçün akkreditasiya verilməməsi göstərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7215

Oxşar yazılar