Gürcüstan Rusiyanın davranışına etiraz edib
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bəyanatın məzmunu 2012-ci il, sentyabrın 29-da işğal altında olan torpaqlardakı hərbçilər tərəfindən gürcü polisinin saxlanmsı ilə əlaqədardır.
Bəyanatda deyilib ki, Cənubi Osetiya regionundakı Perevi sərhəd kəndində Şida Kartlinin xüsusi tapşırıqlar üzrə bögə idarəsinin əməkdaşı Moqeli Toliaşvili Rusiyanın işğalçı hərbçiləri tərəfindən saxlanılıb.
Gürcüstan XİN Rusiya tərəfinə hadisə ilə bağlı öz dərin narahatlığını və bu təxribatın vəziyyəti kəskinləşdirəcəyini bildirib. Gürcüstan XİN Rusiya Federasiyasını Gürcüstanın hüquq-mühafizə əməkdaşının dərhal azad edilməsinə çağırıb.
Bununla bağlı Gürcüstan XİN beynəlxalq ictimaiyyətə, Gürcüstanda akkreditə olunan diplomatik korpuslara və Avropa Birliyinin monitorinq Missiyasına diqqəti işğal xətti yaxınlığında Rusiyanın təxribat və situasiyanı qızışdırmaq və vəziyyəti kəskinləşdirmək cəhdinə qarşı yönəltmək üçün müraciət edib.

752