Gürcüstan müxalifətinin ”Gürcü arzusu” aksiya keçirib
29 sentyabr 2012 22:37 (UTC +04:00)

Gürcüstan müxalifətinin ”Gürcü arzusu” aksiya keçirib

APA-nın Gürcüstan bürosunun məlumatına görə bu barədə “Gürcü arzusu” blokunu təmsil edən majoritar deputat Şalva Şalamberidze bildirib.

Onun sözlərinə görə, bu gündən başlayan tarix seçkilərdən sonra Gürcüstanın tarixində və onun dövlətçiliyinin inkişafında yeni tarix olacaq. “Biz bu gün yalnız sevinə bilərik. Bu tərkiblə biz inkişafa doğru gedirik. Mitinqə çoxsaylı insanlar gəlib. Mən buraya piyada gələ bilmədim. Çünki insan axını mənim tribunaya tərəf hərəkət etməyimə mane oldu. Bidzina İvanişvilinin çıxışını dinlədim. O, çıxışında bütün məsələlərə toxundu. Bildirdi ki, əgər biz seçkidə qələbə əldə edəriksə, əhalini narahat edən problemləri həll edəcəyik. O, dedi ki, Gürcüstan əsrlərlə tolerant ölkə olub və ölkəmizdə yaşayan milli azlıqların heç bir problemi olmayacaq. Bu tolerantlıq daim davam edəcək”.

Şalva Şalamberidze APA-ya açıqlamasında bildirib ki, indiki hakimiyyətdə insan hüquqları pozulur: “Biz hakimiyyətə gələriksə, tezliklə həqiqi və hüquqi əsaslarla ölkə tikəcəyik və bizim ölkədə yaşayan bütün insanlar xoşbəxt yaşayacaq.”

Vake seçki dairəsindən majoritar deputatlığa namizəd Ş. Şalamberidze Gürcüstanın Qldan həbsxanasında baş verən işgəncə hadisələrinə də münasibət bildirib. Onun sözlərinə görə, bu cinayətdə məhbusların hüquqları sistemli şəkildə pozulub. “Bu işdə siyasi hakimiyyət məsuliyyət daşıyır. Həbsxanada zorlama, işgəncə və cəza vermələr baş verib. Bu cinayət barədə indiki hakimiyyətin xəbəri var idi. Lakin cinayətlə əlaqədar nazirlər istefa versə və yeni kadrlar onları əvəz etsə də fikrimcə, yenə vəziyyət əvvəlki kimi qalır. Biz sözsüz ki, hakimiyyətə gələndə bütün bu çatışmazlıqları düzəldəcək və insan hüquqlarını bərpa edəcəyik”, Ş. Şalamberidze bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 848

Oxşar yazılar