ABŞ-dan İrana növbəti zərbə
29 sentyabr 2012 19:19 (UTC +04:00)

ABŞ-dan İrana növbəti zərbə

Lent.az-ın məlumatına görə, ABŞ Dövlət Departamentinin yaydığı press-relizdə “Mücahidin Halq”ın zorakılıqdan rəsmən imtina etdiyi bildirilir.

Təşkilatın son 10 ildə terror fəaliyyətinə aidiyyatının olmadığı da sənəddə əksini tapıb. Bundan başqa, qruplaşma İraq ərazisində təlim düşərgəsini könüllü ləğv edib. Lakin ABŞ “Mücahidin Halq”ın terrorçu keçmişinə, o cümlədən, amerikalıların 1970-ci illərdə İrandakı qətllərdə və 1992-ci ildə ABŞ ərazisindəki terror aktında iştirakına göz yummaq niyyətində deyil. Dövlət Departamentini qruplaşma üzvlərinin öz rəhbərliklərinin təşəbbüsü ilə zorakılığa məruz qalmaları barədə məlumatlar ciddi narahat edir.

“Mücahidin Halq”ın Fransanın paytaxtı Parisdə yaşayan başçısı Məryəm Rəcəvi Klintonun qərarını alqışlayıb: “Başa düşürəm ki, bu qərar asan olmayıb və siyasi cəsarət tələb edib. Bu, düzgün, amma gecikmiş qərardır. O, İran xalqının demokratiya yolunda ciddi maneəsini aradan qaldırmağa lazımdır”.

Öz növbəsində İran Dövlət Departamentinin hərəkətini tənqid edib. Ölkənin Xarici İşlər Nazirliyinin rəsmisi deyib: “ABŞ bu addımı atarkən, sekta üzvlərinin minlərlə iranlı və iraqlının tökdüyü qanının məsuliyyətini öz üzərinə götürməlidir”.

Qeyd edək ki, “Mücahidin Halq” qruplaşması İranın dini liderlərinin devrilməsi lehinə çıxış edir. 1970-ci illərdə bu təşkilat ABŞ-ın dəstəklədiyi İran şahına qarşı mübarizəyə qoşulub, 1980-ci illərdə isə İran – İraq müharibəsində Bağdad tərəfində olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1467

Oxşar yazılar