Müxalifət Tiflisə axışır - HADİSƏ YERİNDƏN
29 sentyabr 2012 15:01 (UTC +04:00)

Müxalifət Tiflisə axışır - HADİSƏ YERİNDƏN

Gürcüstanda olan müxbirimiz Səbuhi Məmmədlinin verdiyi xəbərə görə, artıq ölkənin hər yerindən minlərlə adam avtomaşınlarda, avtobuslarda Tiflisə gedir.

Qeyd edək ki, Səbuhi Məmmədli hazırda Kaxetiyadadır. Bu vilayətin inzibati ərazisinə daxil olan Pankisi dərəsindən belə maşınlarla insanlar Tiflisə gedir: “Gürcü arzusu” Partiyasının göy-sarı bayraqları ilə bəzədilmiş maşınlar vilayətin mərkəzi şəhəri Telavidən keçməklə nümayişkaranə şəkildə paytaxta yön alıblar. Təxminən 1 saatdan sonra Tiflisdə 4 istiqamətdən Azadlıq meydanına doğru yürüş başlayacaq. Yürüş iştirakçıları Azadlıq meydanında birləşəcəklər. Müxalifət eyni zamanda ölkənin ən böyük şəhərlərindən olan Kutaisidə də mitinq keçirəcək. Aksiyanın yerli vaxtla saat 16:00-da başlayacağı gözlənilir”.

Mitinqdə müxalifət lideri Bidizna İvanişvilidən başqa, sabiq spiker Nino Burcanadzenin, eləcə də Saakaşvili dönəmində işdən azad edilən bir sıra keçmiş rəsmilərin də çıxışı gözlənilir. Bir qədər əvvəl eks-prezident Eduard Şevardnadzenin də mitinqə qatılacağı xəbəri yayılıb.

Səbuhi Məmmədli, Gürcüstan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2213

Oxşar yazılar