Türkiyə Suriyaya nota verdi
Türkiyə Suriyaya nota verib. Lent.az-ın məlumatına görə, bu barədə qardaş ölkənin xarici işlər naziri Ahmet Davutoğlu bildirib.
O, notanın Suriya ilə sərhəddəki Akçakale yaxınlığına bomba atılması ilə bağlı ünvanlandığını söyləyib. Davutoğlu olayı diqqətdə saxladıqlarını və Baş Qərargahla sıx əlaqədə olduqlarını açıqlayıb. Nazir eyni zamanda NATO-nun da məlumatlandırıldığını deyib.
Davutoğlu, həmçinin Türkiyənin öz sərhədlərini qorumaq qüdrətində olduğunu da deyib: “Sərhədimizin pozulma halları davam etdiyi vaxt biz həm hüquqlarımızı qoruyur, həm də hüquqlarımızdan istifadə edirik. Türkiyə öz sərhədlərini nəzarətdə saxlamaq iqtidarındadır”.

1507