Amerikalı diplomat: «Terrorçu PKK həm də ABŞ-ın problemidir»
ABŞ dövlət katibinin Avropa və Avroasiya məsələləri üzrə müavini Filip Qordon Türkiyənin xarici işlər naziri Əhməd Davudolğu ilə dövlət katibi Hillari Klinton arasında keçirilən görüş barədə mətbuata açıqlama verib.
Lent.az-ın Türkiyənin informasiya vasitələrinə istinadən məlumatına görə, jurnalistlərdən birinin «ABŞ –ın Türkiyəni terrorçu PKK-ya qarşı mübarizədə dəstəkləməsi» ilə bağlı sualına cavabında Qordon deyib ki, ölkəsi bu ölkəyə hərbi cəhətdən dəstəyi artırır, Türkiyəyə pilotsuz təyyarələr satır.
Onun sözlərinə görə,bu görüş çox uzun sürməyib. Ona görə də tərəflər onları maraqlandıran məsələləri tam əhatə etməyiblər.
Bununla belə müavin Ə.Davudoğlu ilə H.Klinton, eləcə də prezident Barak Obama ilə baş nazir Rəcəb Tayib Ərdoğan arasında davamlı şəkildə görüşlərin keçirildiyini vurğulayıb.
Mənbənin məlumatına əsasən, amerikalı diplomat deyib ki, ABŞ terrorçu PPK-ya qarşı mübarizədə Türkiyəni daim dəstələyir:«PKK yalnız Türkiyənin deyil, həm də bizim problemimizdir.Biz PKK-nı mübarizə aparılacağı vacib bir terrorçu təşkilat kimi tanıyırıq».

718