«Celavat» 17 min yaponu işıqsız qoyub
28 sentyabr 2012 23:27 (UTC +04:00)

«Celavat» 17 min yaponu işıqsız qoyub

Lent.az-ın “RİA Novosti”yə istinadən məlumatına görə, ölkəninin Milli Meteoroloji Agentliyi bildirib ki, «Celavat» bu mövsüm Sakit okeanın şimal-qərbində baş vermiş 17-ci qasırğadır.

Bu təbii fəlakət saatda 20 km sürətlə Yaponiyanın şimal-şərq hissəsinə tərəf hərəkət edir. Küləyin surəti vaxtaşırı saniyədə 45 – 65 m arası dəyişir. Yaxın 12 saat ərzində Okinava adasına 400 millimetr yağıntının düşəcəyi gözlənilir.

Qasırğanın mərkəzində 925 hektopaskal təzyiqin olduğu bildirilib.
Əsas zərbəsini bu gün səhər vuracağı gözlənilir. Naxa şəhərindəki hava limanında yaxın 24 saatda uçuşlar təxirə salınıb.

Meteoroloqlar əhalini sel və güclü küləyin olacağı barədə xəbərdar edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 734

Oxşar yazılar