İraq Rusiyadan 5 milyardlıq silah, hərbi texnika alır
Vəziyyətin belə olması səbəblərindən biri heç şübhəsiz bölgədəki xarici maraqların toqquşmasıdır. Orta Şərqi həm də «barıt çəlləyinə» bənzədirlər. Bu həm də xarici maraqların hərbi sənaye komplekslərinin yaratdığı vəziyyətdir.
Bölgədə fiziki varlıqları mövcud olmayanlar silahları ilə ora girirlər.
Lent.az-ın İranın informasiya vasitələrinə istinadən məlumatına görə, İraqın baş naziri baş naziri Nuri əl-Maliki bildirib ki, Rusiyadan 5 milyard dollar dəyərində hərbi avadanlıq və texnika, o cümlədən təyyarə və vertolyot almaq üçün yaxın zamanlarda Rusiya ilə saziş imzalayacaq.
İraqın müdafiə naziri Sədun əl-Dəliminin bu məqsədlə oktyabrın əvvəllərində Rusiyaya səfər edəcəyi planlaşdırılıb. İki ölkə arasında hərbi saziş isə oktyabrın 10-da əl-Malikinin Moskvaya səfəri çərçivəsində imzalanacağı gözlənilir.
Mənbənin məlumatına əsasən, İraqın baş naziri Rusiyaya səfəri çərçivəsində Kreml təmsilçiləri ilə Suriyadakı vəziyyəti də müzakirə edəcək.

1015