İranda milli haqqını istəyən ərəb edam olunur
28 sentyabr 2012 20:52 (UTC +04:00)

İranda milli haqqını istəyən ərəb edam olunur

Ötən gün əsas ərəblər yaşayan Əhvazda İnqilab Məhkəməsinin yerli şöbəsi «qanunsuz aksiyalara qatılmaqda, dövlət quruluşuna qarşı çıxmaqda və separatçılıqda» suçlu bildiiyi Qazi Abbasi, Əbdülrza Əmir Xənafərə, Əbdüləmir Məcdəmi və Şahab Abbasini edama məhkum edib.

Lent.az-ın İranın informasiya vasitələrinə istinadən məlumatına görə, Xuzistan əyalətinin mərkəzi Əhvaz şəhərində yerli ərəblərin milli və dini hüquqları uğrunda mübarizə apardığı üçün məhkəmənin qərarı ilə daha 3 nəfər Casim Müqəddəm, Sami Cədmavinejad və Hadi Əlbuxənfərnejad isə 3 il müddətinə azadlıqdan məhrum edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1161

Oxşar yazılar