Dünyanın 24 sirr yuvası – SİYAHI -
Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, “Google” da xəritələrində bu yerləri istifadəçilərə göstərmir.
Bəs bu yerlər hansılardır və özəllikləri nədir?
1. Kanadada İnuit xalqının yaşadığı bölgədə Baker gölü – Bu göldə yadplanetlilərin izləri olduğu söylənilir.
2. Rusiyada naməlum bölgə – Buranın gizli hərbi baza olduğu, orada radar, raket sistemləri olduğu iddia edilir.
3. Pasific Northvest, ABŞ – Görünüşcə boş olan ərazi tikanlı məftillərlə əhatə olunub. Buranın nə üçün insanlardan bir sirr kimi saxlandığına dair birmənalı fikir yoxdur. Ərazidə hərbi sınaqların keçirildiyi də ehtimallar sırasındadır.
4. Vokel Hava Bazası, Hollandiya - “WikiLeaks” saytının yaydığı məxfi sənədlər bu hərbi bazada nüvə başlıqlarının olduğunu üzə çıxarıb.
5. Szazhalombatta neft platforması, Macarıstan – Bu neft platforması qəribə bir şəkildə Google və digər qurumların xəritələrində, görüntülərində yaşıl lentlərlə örtülüb. Nə üçün gizli saxlanıldığı məlum deyil.
6. Faroe adaları, Danimarka – Dünyada qonşuları üçün təhdid sayılmayan Danimarkadakı bu yerin hərbi baza olduğu söylənilir. Bu vaxta qədər sülhpərvərliyi ilə seçilən Danimarkanın burada nə həyata keçirdiyi düşündürücüdür.
7. Huis Ten Bosch Sarayı, Hollandiya – Hollandiyada kral ailəsi üçün hər hansı təhlükə olmasa da, saray görüntülənmir. Bunun kral ailəsinin xüsusi istəyi olub-olmadığı bilinmir.
8. Ramstein Hava Bazası, Almaniya – NATO-ya bağlı bu hərbi hava bazası xüsusi ilə İraq əməliyyatında iştirak edən hərbi birliklərin ixtiyarına verilib.
9. “Mobil Oil Corp.”, ABŞ – Bəziləri “Mobil Oil Corp.”-in Buffalodaki mərkəzi ofisinin məxfi yer kimi saxlanılmasının anlaşılmaz olduğunu söyləyir. Çünki bu ofis terrorçuların hədəfində deyil.
10. Şimali Koreya - Şimali Koreya bütün dünyanın tanıdığı ölkə olsa da, bu ölkəni çox az sayda insan ziyarət edir. “Goople Maps”-də Şimali Koreya bir yaşıllıq məkan kimi göstərilir. Nə bir küçə, nə bir bina görünür.
11. Reims Hava Bazası, Fransa – Bu hərbi bazanın da nə üçün görüntülənmədiyi müəmmadır.
12. İndiana Atom Elektrik Stansiyası, Nyu-York – Stansiyanın nə üçün dəqiq görüntüsünün verilmədiyi bilinmir, ancaq stansiyanın qapadılması gündəmdədir.
13. HAARP bazası, Alyaska – ABŞ-ın hazırda ən müasir silahı saylan (High Frequency Active Auroral Research Program) səs gücü ilə həyata keçiriləcək əməliyyatı ilə təlaş yaradır.
14. “Mazda” yarış meydanı, ABŞ – Sıradan bir yarış meydanı olsa da, görüntülənmir.
15. Antik Babil bölgəsi, İraq – İraqın bu bölgəsi də internetdə görüntülənmir. Burada hər hansı hərbi baza yoxdur, əkin sahələri ilə örtülüdür.
16. Tantauco Təbii Yaşam Parkı, Çili – “Google”un nə üçün nəsli kəsilməkdə olan heyvanların yaşadığı parkın görüntüləmədiyi aydın deyil və heç kim də buna bir anlam verə bilmir.
17. Atom sahəsi, Fransa - Nə üçün ərazinin insanlardan sirr kimi saxlandığı aydın olmasa da, ərazinin adındakı “atom” sözü xeyir əlaməti sayıla bilməz.
18. “The Hill”, yaxud Elmira Rehabilitasiya Mərkəzi, Nyu-York – Nyu-Yorkda yüksək səviyyədə təhlükəsizliyi qorunan bu həbsxananın nə üçün gizlədildiyi barədə fikir yürütmək çətin deyil. Son dövrlər müxtəlif ölkələrdə həbsxanalardan qaçışlar və üsyanlardan sonra yəqin ki, ABŞ rəsmiləri bu həbsxanadan da vertolyotla qaçışın ola biləcəyindən ehtiyatlanırlar.
19. Rusiyada bir rusun evi – “Wikipedia”-da bu evin “Qazprom”-un rəhbəri Aleksey Millerin villası olduğunu qeyd edilib.
20. Polkovnik Sanders – “Google Maps”-də onun görüntüləri verilmir. “Google”-un izahı belədir ki, polkovnik Sanders həyatda yaşayan bir insandır və onun üzünü gizlətməyə məcburdurlar.
21. Neft terminalı, Macarıstan – Bu məkan barədə yalnız bu məlumdur.
22. NATO mərkəzi, Portuqaliya – Əslində buranın nə üçün gizli saxlanıldığı sirr deyil. Lakin qəribəsi “Google Erth”-in başqa bir yerin görüntüsünün bu yerin orijinal görüntüsü üzərinə yerləşdirməsidir.
23. Seabrook Atom Elektrik Stansiyası, ABŞ - AES-in ABŞ-ın şimal-şərqində ən uc nöqtəsində tikilən AES olduğuna inanılır. Bu AES-in işlədiyi barədə dəqiq məlumat isə yoxdur.
24. Raket anqarı, İspaniya – “WikiMedia”-dakı araşdırmaçılara görə burada anqara bənzəyən bir bina var.

3386