Rusiyada “Müsəlmanların məsumiyyəti”-nə qadağa qoyuldu
Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Qroznının Lenin Rayon Məhkəməsi “Müsəlmanların məsumiyyəti” filminin ekstremist xarakterli olduğuna qərar verib.
Çeçenistandakı bu məhkəmənin qərarı isə bütün Rusiya ərazisində filmə qadağa qoyulması deməkdir. Çünki Rusiya qanunlarına görə məhkəmə orqanının materialın ekstremist xarakterli olduğu barədə hökmü bütün ölkə ərazisində tanınır.
Qeyd edək ki, “Müsəlmanların məsumiyyəti” filmi ilə bağlı Lenin Rayon Məhkəməsinə Çeçenistanın Milli Siyasət, Nəşr və İnformasiya Nazirliyi müraciət edib. Bundan əvvəl Rusiya Baş Prokurorluğu “Müsəlmanların məsumiyyəti” filminin ekstremist xarakterli olduğunu bəyan edib və Tver Məhkəməsinə müvafiq iddia təqdim olunub. Tver Məhkəməsi məsələyə oktyabrın 1-də baxacaq, ancaq o vaxta qədər Çeçenistan məhkəməsi filmlə bağlı qərar verib.

1192