Ermənistanın sabiq xarici işlər nazirinin toxunulmazlığı ləğv edilir
Ermənistanın baş prokuroru Aqvan Ovsepyan sabiq xarici işlər naziri, “Çiçəklənən Ermənistan” Partiyasının deputatı Vardan Oskanyanın çirkli pulların yuyulmasında ittiham edilən “Sivilitas” Fondu ilə bağlı cinayət işi ilə əlaqədar dindirilməsi üçün parlamentə müraciət edib. Lent.az-ın “tetr.am” saytına istinadən verdiyi məlumata görə, Ermənistan parlamenti razılıq verəcəyi halda Vardan Oskayan dindiriləcək.
Ermənistan Baş Prokurorluğunun yaydığı məlumatda bildirilir ki, parlamentə müraciətdə Vardan Oskanyanın həbsinə icazə verilməsi məsələsi qaldırılmayıb, ancaq Vardan Oskanyanın toxunulmazlığının ləğvi istənilib.

1044