Tehran yasa gedənləri də həbs edir
28 sentyabr 2012 02:12 (UTC +04:00)

Tehran yasa gedənləri də həbs edir

Lent.az-ın Güney Azərbaycandakı informasiya mənbələrinə istinadən məlumatına görə, bir il öncə tanınmış ziyalı İbarhim Cəfərzadə xanımı Mina Kəhrbayi və az yaşlı Ayla adlı qızı ilə birlikdə şübhəli avtomobil qəzasında həlak oldular.

Ötən gün bu gənc ailənin həlak olmasının bir ili tama oldu. Bu münasibətlə Güney Azərbaycanın Xoy rayonunun Biləvar kəndində mərasim keçirilib. Bu anım tədbirini Azərbaycanın çeşidli bölgələrindən insanlar gəlib.

Ancaq hakimiyyətin təhlükəsizlik və güc qurumları həmin mərasimə getmək istəyənlərə mane olub. Tanınmış ictimai-fəal Abbas Lisani (Ərdəbil), jurnalist Rəhim Qulami (Ərdəbil), Siyamək Mirzai (Muğan), Meysəm Azad (Muğan), Firudin Ağazadə (Makı), Həmid Qurbanəlizadə (Meşkinşəhr), Kiyanuş Tohidi, Behnam Nurməhəmmədi Xoy şəhərinədək getsələr də ETTELAAT məmurları onları tutub.

Xatırladaq ki, ötən il də dəfn mərasimində də 60-dan çox ictimai-milli fəal tutulmuşdu. Onlardan 22-inin «cinayət işinə» İran İnqilab Məhkəməsinin Xoydakı şöbəsində hələ də baxılır.

İran məmurları ictimai-milli fəallara qarşı təzyiqlərinə ara vermir.

Başqa bir məlumata əsasən Təbriz sakini azərbaycanlı ictimai-milli fəal Həmidrza Rəncbər məhkəmə tərəfindən həbs və şallaq cəzasına məhkum edilib. Bu barədə yerli insan haqları müdafiə qurumundan İranda beynəlxalq insan haqları kampaniyasına məlumat verilib. Mənbə təhlükəsizlik səbəbindən adının açıqlamasını istəməyib.

Məlumata görə, Rəncbər İran İnqilab məhkəməsinin Təbrizdəki şöbəsi tərəfindən 3 il həbs və 74 zərbə şallaq cəzasına məhkum edilib. Onun barəsində çıxarılan məhkəmə qərarını vəkili Fərhad Yəzdani elan olunub.

Mənbənin bildirdiyinə görə, Həmidrza Rəncbər keçən il Azərbaycan şəhərlərində keçirilən kütləvi etirazlar zamanı tutularaq, 3 ay həbsdə saxlanılmışdı.
Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 975

Oxşar yazılar