Suriyalı qaçqınların sayı pik həddə
27 sentyabr 2012 23:25 (UTC +04:00)

Suriyalı qaçqınların sayı pik həddə

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, cari ilin sonunadək bu ölkədəki qaçqınlarının sayı 700 min nəfərə çata bilər.

Bu haqda BMT-nin Qaçqınlar üzrə İdarəsinin Ali Komissarlığı bəyanat verib.
Komissarlıq hazırda İordaniya, İraq, Livan və Türkiyədə 300 minədək suriyalı qaçqının olduğunu bildirib.

BMT-nin baş katibi Pan Ge Mun isə xəbərdarlıq edərək deyib ki, əgər ölkədəki münaqişənin həll yolu tapılmazsa Suriya böhranı böyük regional münaqişəyə çevrilə bilər.

Ərəb Dövlətləri Liqasının rəhbəri Nabil əl-Ərəbi isə Təhlükəsizlik Şurasının 5 daimi üzvü arasında ümumi razılığa gəlmək üçün BMT-ni Suriya münaqişəsinə yanaşmasını dəyişməyə çağırıb.

İndiyədək Rusiya ilə Çin Təhlükəsizlik Şurasında Suriya ilə bağlı 3 qətnamə layihəsinə veto qoyublar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1364

Oxşar yazılar