Pakistanda bir gündə 19 nəfər ölüb
27 sentyabr 2012 19:56 (UTC +04:00)

Pakistanda bir gündə 19 nəfər ölüb

Pakistanda vəziyyət ağır olaraq qalmaqdadır. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Karaçi şəhərinin Gülbahar və Surjani bölgələrindəki etnik münaqişələr zamanı son 24 saat içində 19 nəfər ölüb.

18 milyonluq şəhərdə son günlər baş verən hadisələrdən sonra başlayan əməliyyatlarda 40 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Qeyd edək ki, ölkənin iqtisadi və ticarət şəhəri Quruçunda etnik, siyasi və məzhəblər arası qarşıdurmalarda son 9 ayda 1500 nəfər ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 500

Oxşar yazılar