Türkiyədə döyüş: 2 əsgər şəhid oldu, 13 terrorçu zərərsizləşdirildi
27 sentyabr 2012 18:36 (UTC +04:00)

Türkiyədə döyüş: 2 əsgər şəhid oldu, 13 terrorçu zərərsizləşdirildi

Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Hakkarinin Çukurca ərazisinin İraq sərhədində dünən başlayan əməliyyatda 2 əsgər şəhid olub, 4 əsgər isə yaralanıb. Əməliyyatlarda 13 terrorçu zərərsizləşdirilib.

Bu gün səhər saatlarında Türkiyənin İraqla sərhədində, Şəmdinli ərazisində də anti-terror əməliyyatları həyata keçirilib. Qeyd olunan əməliyyat zamanı ölən və yaralananların olmadığı bildirilir.

Qeyd edək ki, regionda hərbi hava qüvvələrinin də iştirakı ilə anti-terror əməliyyatları davam edilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 836

Oxşar yazılar