Merkel: “İslam Almaniyanın bir parçasıdır”
Almaniya baş naziri Angela Merkel Xristian Demokrat Birlik Partiyasının üzvlərinə müraciət edib.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Angela Merkel partiyasının üzvlərinin Almaniyada yaşayan və əksəriyyəti türk olan 3 milyon müsəlmana daha xoş münasibət bəslənilməsi üçün səy göstərmələrini istəyib.
Almaniya baş naziri deyib ki, islam Almaniyanın bir parçasıdır: “Biz bu məsələdə açıq olmalı və deməliyik ki, bəli, onlar bizim bir parçamızdır. İslamla radikal islamı bir-birindən ayırmaq lazımdır. Almaniyada yaşayan müsəlmanların böyük qismi zorakılığa qarşıdır. İslam adı altında zorakılığa əl atanlar isə qanunun gücü ilə qarşılaşmalıdırlar”.

1285