Obamanın təyyarəsi güclü burulğana düşdü
Sentyabrın 26-da ABŞ prezidenti Barak Obamanın göyərtəsində olduğu təyyarə Ohayo ştatının Toledo şəhərindəki aeroporta eniş edən zaman güclü hava burulğanına düşüb. Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, pilot “Boinq-747” tipli təyyarəni yalnız ikinci cəhddə aeroporta endirə bilib.
Vəziyyəti həm də güclü dumanın olması mürəkkəbləşdirib. Pilotun məharəti sayəsində sərnişinlər arasında xəsarət alan olmayıb.
Vəziyyəti həm də güclü dumanın olması mürəkkəbləşdirib. Pilotun məharəti sayəsində sərnişinlər arasında xəsarət alan olmayıb.
1009