Assanc “Əl-Qaidə” və “Taliban” terrorçuları ilə bir sırada
ABŞ hakimiyyəti “WikiLeaks” saytının qurucusu Culian Assancın adını “Əl-Qaidə” və “Taliban” terrorçuları ilə bir siyahıya salıb. Lent.az-ın “lifenews.ru” saytına istinadən verdiyi məlumata görə, ABŞ düşmənlərinin adlarının olduğu məxfi sənəddə qeyd edilir ki, istənilən hərbçinin Culian Assanc və onun tərəfdarları ilə əlaqə saxlaması düşmənlə münasibət qurmaq kimi qiymətləndiriləcək.
Düşmənlə əlaqə saxlamaq isə ABŞ-da hərbi cinayət sayılır və buna görə ölüm cəzası da nəzərdə tutulur.
Düşmənlə əlaqə saxlamaq isə ABŞ-da hərbi cinayət sayılır və buna görə ölüm cəzası da nəzərdə tutulur.
1475