Əhmədinejad:«İran parlamenti şeytanla doludur»
O, Nyu-Yorkda mətbuat konfransından sonra oteldən çıxarkən «BBC»-nin fars xidmətinin müxbiri ona İran nümayəndə heyətinin tərkibi haqda sual verib:«İran parlamenti bildirib ki, siz 160 adam üçün viza almısınız».
Lent.az-ın «Azadlıq.org»-a istinadən məlumatına görə,M.Əhmədinejad özünü eşitməzliyə vuranda, jurnalist sualını təkarlayıb:«Niyə 160 adama viza almısınız? Parlament soruşur ki, bu adamlar orda nə edir?».
Bundan sonra İran prezidenti ayaq saxlayıb, dönərək, jurnalistə deyib:«Parlament şeytanla doludur».
CNN-ə müsahibəsində isə İran prezidenti Qərbin homoseksuallara dözümünü tənqid edib:«İcazə verin sizdən soruşum, homoseksuallardan hansısa biri uşaq dünyaya gətirir? Homoseksuallar nəsil artımının qarşısını alır. Pis bir əməli bir qrup legitim sayırsa, bu o demək deyil ki, digər qruplar da legitim saymalıdır».

1314