Lavrov:«Orta Şərqdəki dəyişiklikləri məntiqi sonluqla bitirmək lazımdır»
27 sentyabr 2012 07:17 (UTC +04:00)

Lavrov:«Orta Şərqdəki dəyişiklikləri məntiqi sonluqla bitirmək lazımdır»

Lent.az-ın «BBC»-ə istinadən məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Təhlükəsizlik Şurasının toplantısında deyib ki, bu bölgədəki yenidən qurulmanı «məntiqi sonluğa çatdırmaq lazımdır».

Onun sözlərinə görə, bu proses zamanı cəmiyyətin bütün təbəqələrinin rəyi nəzərə alınmalıdır. O, Suriyaya hərbi müdaxilədən də ehtiyatlı olmağı vurğulayıb.

Rusiylı diplomat ölkəsinin Yaxın Şərqdə və Afrikanın Şimalında «müstəmləkə marağının olmamasından» danışaraq, deyib ki, onlar bölgədəki təbii ehtiyatlara görə heç vaxt ora «savaş sırımayıblar».

S.Lavrov Orta Şərq dövlətlərindəki səfirliklərin binalarına hücumdan və ABŞ diplomatlarının qətlindən danışaraq, deyib ki, bu «terrorçuluğa qarşı güzəştsiz mübarizənin vacibliyini» təsdiqləyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 574

Oxşar yazılar