Əhmədinejadın çıxışı yenə boykot olunub
27 sentyabr 2012 06:29 (UTC +04:00)

Əhmədinejadın çıxışı yenə boykot olunub

O deyib ki, Təhlükəsizlik Şurasında «məhdud diktat hökumətlər» var və onlar BMT-nin öz öhdəliklərini yerinə yetirməsinə mane olurlar.

Mahmud Ahmedinejadın çıxışı zamanı BMT-nin binası qarşısında İran rejiminə qarşı nümayiş keçirilib.

Bundan başqa Kanada nümayəndə heyəti BMT Baş Assambleyasında Mahmud Əhmədinejatın çıxışını boykot edib.

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, Kanada XİN bununla bağlı xüsusi bəyanat yayıb: “Biz sakit otura və İranın Qərb əleyhinə, antisemit baxışlarını, nifrətini bəyan etməsini dinləyə bilmərik. Bu çıxış bizim bu ayın əvvəlində İranla diplomatik əlaqələri dayandırmaqla bağlı qərarımızın doğruluğunu təsdiqlədi”.

Kanada XİN bildirib ki, İranın addımları bölgədə və dünyada qeyri-sabitliyi gücləndirir: “İran liderləri insan hüquqlarına hörmətsiz münasibətlərini hər zaman nümayiş etdirirlər. İran beynəlxalq ictimaiyyətdən təcrid olunmaqdadır. Baş nazir Stiven Harper və xarici işlər naziri Co Berd dəfələrlə bildirib ki, İranı qlobal sülh və təhlükəsizlik üçün ən böyük təhlükə hesab edirlər”.

Qeyd edək ki, sentyabrın 7-də Kanada Tehrandakı səfirliyinin bağlandığını elan edib və iranlı diplomatları Ottavadan çıxarıb.

Mahmud Əhmədinejadın “sionistlər İran üçün hərbi təhdidirlər” kimi bəyanatlarını ABŞ və İsrail nümayəndələri də dinləməyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 860

Oxşar yazılar