Suriyada 30 mindən çox adam həlak olub
27 sentyabr 2012 05:29 (UTC +04:00)

Suriyada 30 mindən çox adam həlak olub

BMT-nin və insan haqları üzrə başqa qurumlar ölkədə insan haqlarının pozulması istiqamətində araşdırma apara bilmir.

Suriyalı hüquq müdafiəçiləri isə 18 ayda ölkədə davam edən münaqişədə 30 mindən çox adamın öldüyünü bildiriblər.

Londonda fəaliyyət göstərən mərkəzin rəhbəri Rami Əbdülrəhman onlardan 21 mininin dinc sakin olduğunu deyib.

Hökumət qoşunları bu döyüşlərdə təxminən 7 min, müxalifətin tərəfinə keçmişlər isə 1800 nəfər itki verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 763

Oxşar yazılar