Rəfsəncanin qızı atasına basqılardan danışıb
».
Onun ardınca keçmiş prezidentin qızı Fatimə Haşimi jurnalistlərə açıqlamasında atasına təzyiqlərdən danışıb.
O, deyib: “İndi oğrularla casuslar ölkədə sərbəst şəkildə, düz-düz gəzirlər. Bu isə onlar üçün problem yaratmır. Onların bir problemi var: atam Haşimi Rəfsəncani və onun ailə üzvləri. Bu da ona görədir ki, atam 2009-cu ildə keçirilən prezident seçkisinin rəsmi nəticələrindən sonra zülmün tərəfinə keçməyə razı olmadı.
Atam həmin seçkinin sabahısı günü bizi bir yerə yığıb mövcud vəziyyətlə bağlı bizə xəbərdarlıq etdi. Dedi ki, bunlara yaltaqlıq etsəm, sizin yaxşı gələcəyiniz, əla və firavan həyatınız olacaq. Lakin düz yol seçib getmək istəsəm, Allah və haqqın bəyəndiyini yerinə yetirmək istəsəm, sizə təzyiqlər artacaq. Sizə böhtan atıb əleyhinizə iş toplayaraq tutub həbsə salacaqlar. Biz də təkidlə ona dedik ki, təzyiqlərin hamısına dözəcəyik, həmişə sənin yanında olacaq, sənə dəstək verəcəyik”.
Fatimə Haşimi atasına və bacı-qardaşlarına təzyiqlərdə əsas məqsədin Haşimi Rəfsəncanini hakimiyyətdən uzaqlaşdırmaq olduğunu bildirib.

649