Misir prezidenti: «Biz Suriyaya xarici hərbi müdaxiləyə qarşıyıq»
27 sentyabr 2012 02:17 (UTC +04:00)

Misir prezidenti: «Biz Suriyaya xarici hərbi müdaxiləyə qarşıyıq»

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, Suriyaya ehtimal olunan xarici hərbi müdaxilənin yolverilməzliyini bildirib. Bununla belə o, bu ölkədəki vəziyyətin normallaşması üçün rəsmi Qahirənin «bütün imkanlarından» istifadə edəcəyini də vurğulayıb.

«İrqi ayrı-seçkiliyə, dini mənsubiyyətinə görə diskriminasiyaya məruz qalmaqdan, xalqı hərbi müdaxilədən qorumaqla biz qardaş ölkənin bütövlüyünü müdafiə edirik» - deyə, Misirin lideri söyləyib.

Xatırladaq ki, bu ilin avqustunda Tehranda keçirilən qoşulmayanlar hərəkatının toplantısında o, Suriyadakı üsyanı «despotik rejimə qarşı inqilab» adlandırmışdı. Onun bu çıxışı onda rəsmi Dəməşqin kəskin reaksiyasına səbəb olmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 578

Oxşar yazılar