Kilsəyə vergi verməyənlər xaç suyundan məhrum ediləcək
27 sentyabr 2012 01:50 (UTC +04:00)

Kilsəyə vergi verməyənlər xaç suyundan məhrum ediləcək

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Leypsiq məhkəməsinin hakimi teoloq Harmut Zappın iddiasını təmin etməyib.O, katoliklərin kilsəyə vergi ödəməsinin ləğvi barədə məhkəməyə müraciət etmişdi.

Bununla da məhkəmə iki əsrlik sistemi dəstəkləyib. Həmin sistemə əsasən, vətəndaşlar vergi ödəməlidirlər, əks halda onlar dindar sayılmırlar.

Katolik yepiskopu ötən həftə kilsəyə vergi verməyənləri dindar tanımayacaqlarına dair fitva verib. Kilsəyə vergi ödəməyənlər uşaqlarının xaç suyuna salınmasından və ya kilsə qanunlarına uyğun dəfn hüquqlarından məhrum ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 663

Oxşar yazılar