Çinlilər sovet təyyarədaşıyan gəmisini «özünküləşdiriblər»
26 sentyabr 2012 22:03 (UTC +04:00)

Çinlilər sovet təyyarədaşıyan gəmisini «özünküləşdiriblər»

Çinin ilk təyyarədaşıyan gəmisini istifadəyə verməsi Pekinin inkişaf edən hərbi qüvvəsinə dair yeni narahatlıqlara səbəb olub.

Prezident Hu Cinitao, baş nazir Ven Ciabao və başqa yüksək rütbəli rəsmilər ölkənin şimal-şərqi Dalian limanında keçirilən mərasimə qatılan çoxsaylı hərbi dəniz donanma heyətinə qoşulub.

Çin 1998-ci ildə Ukraynadan 300 metrlik keçmiş sovet istehsalı olan gəmi alıb və onu Dalian hərbi limanında yeniləyib. Gəmiyə limanın yerləşdiyi Liaoning vilayətinin adı verilib.

Ölkə Müdafiə Nazirliyinin nümayəndələri təyyarədaşıyan gəminin dəniz donanması qüvvələrində ümumi döyüş imkanlarının artırılması yolunda mühüm addım olduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 812

Oxşar yazılar