Məhbuslara işgəncəyə görə Türkiyə və İspaniya konsulları istefa verib
Lent.az-ın İTV-yə istinadən məlumatına görə, Qldani həbsxanasında məhbuslara işgəncə ilə bağlı fakta etirazlar davam etməkdədir.. Bu dəfə din xadimləri də nümayişlərə qoşulub. Yüzlərlə rahib və dini təhsil alanlar Tiflisin küçələri ilə yürüş keçirib. Əllərində ikonalar tutan din xadimləri piketi Sion məbədi qarşısında başa çatdırıb. Onların yürüşü kilsə zənglərinin səsi ilə müşayiət olunub.
Qeyd edək ki, Qldanidə məhbuslara işgəncə verilməsinə etiraz əlaməti olaraq Gürcüstandakı Türkiyə və İspaniya konsulları da istefa veriblər.
Qeyd edək ki, Qldanidə məhbuslara işgəncə verilməsinə etiraz əlaməti olaraq Gürcüstandakı Türkiyə və İspaniya konsulları da istefa veriblər.
1294