Ən parlaq kometa aşkarlanıb
Rusiyalı həvəskar astronom Artyom Noviçonok və onun Belorusdan olan həmkarı Vitaliy Nevski son onillikdə bəlkə də ən parlaq kometanı aşkarlayıblar.
Lent.az-ın Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu haqda rəsmi məlumat Beynəlxalq Astronomiya İttifaqının Kiçik Planetlər Mərkəzinin saytında dərc edilib.
Yeni kometa sentyabrın 21-də ISON rəsədxanalarının beynəlxalq şəbəkəsinə daxil olan Kislovodsk (Rusiya Federasiyası) ərazisində rəsədxanada aparılan müşahidələr zamanı aşkarlanıb. Obyektin kometa təbiəti sonra bir neçə rəsədxanalar tərəfindən (Özbəkistanın Maydanaks rəsədxanasında, ABŞ-ın Maunt-Lemmon rəsədxanasında, Pan-STARRS icmalında) təsdiqlənib. Yeni kometaya C / 2012 S1 (ISON) indeksi verilib. Hesablamalara görə, kometa 2013-cü ilin noyabrında Günəşdən 0,012 astronomiya vahidi (1 astronomiya vahidi Yerdən Günəşə qədər olan orta məsafəyə bərabərdir) məsafəsində, 2013-cü ilin dekabr ayının 26-da Yer kürəsindən 0,42 astronomiya vahidi məsafəsində ötəcək. Əgər kometa yerə yaxınlaşarkən dağılmayacaqsa (belə bir hal artıq C / 2010 X1 (Elenin) kometası ilə olmuşdu), o son onilliyin ən parlaq kometası sayılacaq. Hazırda kometa Yupiterin orbiti arxasındadır və təxminən 18 ulduz ölçülü parıltıya malikdir.

1200